Virusların artmasında isti havanın rolu nə qədərdir? – Professordan mühüm AÇIQLAMA 

Hazırda oxunan: Virusların artmasında isti havanın rolu nə qədərdir? – Professordan mühüm AÇIQLAMA 

177346

Azərbaycanda son aylarda qripə və digər viruslara yoluxma halları artıb. Mütəxəssislər buna həm də qışın sərt olmaması, havaların mülayim keçməsinin səbəb olduğunu bildiriblər.

Dekabrda və yanvar ayının ilk günlərində havalar anomal keçsə də, sonrakı günlərdə temperatur aşağı düşüb və qar yağıb. Buna baxmayaraq, ölkədə uşaqların və böyüklərin yoluxduğu, yüksək hərarət, burun axması, boğaz və əzələ ağrısı ilə müşayiət olunan virus yayılmaqda davam edir. Hazırda isə havanın temperaturu yenidən qalxıb, bu həftə ərzində hətta havanın temperaturunun 20 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır. 
 

MÖVZU İLƏ BAĞLI:

Su vasitəsilə daha hansı xəstəliklər YAYILA BİLƏR? – Həkimdən qorxunc AÇIQLAMA 


Virusun artmasında havanın rolu nə qədərdir və bunun yayılmasının qarşısını nə ala bilər?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan həkim-cərrah Adil Qeybulla hazırda dünyada epidemioloji vəziyyətin ürəkaçan olmadığını deyib:

“Avropada koronavirusun Omikron ştammının yayılma intensivliyi müxtəlifdir. Almaniyada, İngiltərədə xeyli xəstələr var. İndi qızılca virusu yayılıb və o, tamamilə yeni formada ortaya çıxıb. Əvvəl düşünürdülər ki, bu, vaksinasiya olunmamaqla bağlıdır, indi müəyyən olunur ki, virusun hansısa yeni xassə əldə etməsinə bağlıdır. Hesab edirəm ki, epidemioloji vəziyyət narahatedicidir”.

Həkim koronavirus pandemiyasının bitdiyini desə də, epidemik ocaqlarının aktiv olduğunu qeyd edib:

“Qrip, koronavirusun soyuqdəymə xəstəliyi törədən dörd forması insanlar arasında bir-birini yoluxdurmaqla yayılıb. Demək olar ki, əksər adamlar xəstədir. Biz isə respirator infeksiyaları ayaqüstə keçirməyə, heç bir gigiyena qaydalarına əməl etməməyə öyrəşmişik. Koronavirus təcrübəsi də bizə dərs olmadı. 

Xəstə adamlar maska taxsın, mümkün qədər kollektivlə təmasda olmasın, evdə müalicə olunsun. Biz bunlara əməl etmirik. Təəssüflər olsun ki, bunlara biz əməl etmirik. Ona görə də qızılcaya qarşı uşaqların vaksinasiyası təmin edilməlidir. İnsanlar qrip vaksinasiyasına da qoşulsalar, yaxşı olar. Bunları etsək, xəstələnmə sayı da az olar”.

Günay Şahmar, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin