Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1151 yeni yoluxma faktı qeydə alınıb, 1052 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 287 144 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 251 760 nəfər müalicə olunaraq sağalıb, 3 944 nəfər vəfat edib.
31 440 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 687, bu günə qədər isə ümumilikdə 3 026 132 test icra olunub.
Bizim.Media
- A-
- A
- A+
COP29
16:40 / 12.04.2021
Azərbaycanda daha 1151 nəfər koronavirusa yoluxdu - 29 nəfər öldü
Hazırda oxunan: Azərbaycanda daha 1151 nəfər koronavirusa yoluxdu - 29 nəfər öldü
Hazırda oxunan: Azərbaycanda daha 1151 nəfər koronavirusa yoluxdu - 29 nəfər öldü
17616
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.