“1 il 4 aydan artıq müddətdə davam edən COVID-19 infeksiyası zamanı aparılan müşahidələr göstərir ki, böyüklərlə müqayisədə uşaqlar bu xəstəliyi daha yüngül keçirirlər. Müqayisə üçün qeyd etmək olar ki, uşaqlarda bu infeksiyadan baş verən fəsad və ölüm hadisələrinə böyüklərdən yüz dəfəyə qədər az rast gəlinir”.
Bizim.Media Səhiyyə Nazirliyinin saytına istinadla xəbər verir ki, bunu ölkənin baş pediatrı Nəsib Quliyev deyib.
O bildirib ki, bu vəziyyət uşaqlara göstərilən diqqət və qayğının azalmasına heç bir əsas vermir:
“Nadir hallarda da olsa uşaqlarda çox ağır fəsadlar və ölüm hadisələri müşahidə edilir.
Uşaqlarda bu xəstəliyin əlamətləri bir qayda olaraq hərarətin yüksəlməsi, baş ağrısı, boğaz ağrısı, qusma və ishalla müşayət olunur. Uşaqlarda böyüklərdə göründüyü kimi atipik pnevmoniyanın inkişafı nadir hallarda baş verir”.
N.Quliyev qeyd edib ki, bu deyilənləri tibb işçiləri ilə bərabər valideynlər də nəzərdə saxlamalıdırlar:
“Belə hallar müşahidə olunan uşaqlar vaxt itirmədən uşaq həkiminə və ya uşaq infeksionistinə göstərilməlidir. Onu da yadda saxlamaq lazımdır ki, yüngül əlamətlərin görülməsinə baxmayaraq uşaqlar ətrafdakılar üçün həmişə yoluxma təhlükəsi yaradırlar. Ona görə də uşaqlara qarşı daha da diqqətli olmaq lazımdır.
Bizim.Media
- A-
- A
- A+
COP29
12:14 / 12.04.2021
Uşaqlarda COVİD-19 bu əlamətlərlə özünü göstərir - Baş pediatr AÇIQLADI
Hazırda oxunan: Uşaqlarda COVİD-19 bu əlamətlərlə özünü göstərir - Baş pediatr AÇIQLADI
Hazırda oxunan: Uşaqlarda COVİD-19 bu əlamətlərlə özünü göstərir - Baş pediatr AÇIQLADI
17577
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.