Nəfəs yoluna qida düşən insanı xilas etmək üçün metod - VİDEO

Hazırda oxunan: Nəfəs yoluna qida düşən insanı xilas etmək üçün metod - VİDEO

17479

Qəfil ölüm səbəblərindən biri də dünyada durduğu yerdə nəfəs borusuna yad cismin düşüb, tənəffüsün qarşısını almasıdır. Daha çox uşaqlarda rast gəlinən bu böyüklərdə yemək yeyərkən ehtiyatsızlıqdan baş verir.

Balıq, toyuq sümüyü, hər hansı qida qalığı və ya sadəcə yad cisim yemək borusuna yox, nəfəs borusuna düşür.

Dəqiqələr içində boğulmağa başlayan insan təcili yardım gələnə kimi ölə bilər. Ətrafdakılar boğulana yardım üçün su verir, kimsə barmağı ilə çıxarmağa çalışır, kürəyinə döyəcləyir, amma bütün bunlar effektsiz ola bilər.

Bu hallarda ən yaxşı metod Heymlix texnikasıdır.

Bütün dünyada tətbiq olunan bu metodu həkimlər də tövsiyyə edir. Ən azı həkimə çatana kimi təkrarlayın.

Bu metodu sözlərlə izah etmək çətin olduğundan, ən yaxşısı dəqiq izahı verilən videoya baxmaqdır.

Bizim.Media Heymlix texnikasının təlimini təqdim edir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin