Su vasitəsilə daha hansı xəstəliklər YAYILA BİLƏR? – Həkimdən qorxunc AÇIQLAMA 

Hazırda oxunan: Su vasitəsilə daha hansı xəstəliklər YAYILA BİLƏR? – Həkimdən qorxunc AÇIQLAMA 

174758

Xəbər verdiyimiz kimi, əvvəl Mingəçevir və Yevlaxda, daha sonra Bakı şəhəri Suraxanı rayonu Əmircan və Bülbülə qəsəbələrində əhali arasında yoluxucu Hepatit A virusu yayılıb. Xəstəliyin yaranma səbəbləri arasında gigiyena qaydalarına düzgün əməl etməmək, natəmizlik, çirkli sudan istifadə yer tutur. 

Maraqlıdır, su vasitəsi ilə başqa hansı xəstəliklər yayıla bilər?

Həkim-terapevt Rasif Bağırov Bizim.Media-ya bildirib ki, su kanalzasiya sistemi ilə qarışanda Hepatit A yayıla bilir:
 

MÖVZU İLƏ BAĞLI:

Səhiyyə Nazirliyi Bakının 2 qəsəbəsində hepatit virusunun yayılmasına münasibət bildirdi


“Əgər içməli suya mikrop daxil olarsa, müxtəlif infeksion xəstəliklər yayıla bilər. Buna görə də böyük şəhərlərdəki su hövzələri mühafizə altında olur. Lakin nəzarət olmasa və suya zəhər belə daxil olsa, insanlar da qaynatmamış onu içsələr, istənilən virusa yoluxa bilərlər. 

Bəzən də kanalzasiya sistemi köhnə olduğuna görə partlayıb, su sisteminə qarışır. Belə olan halda, qarın yatalağından tutmuş, dizenteriya, vəba və s. kimi bütün xəstəliklər su sistemi ilə insanlara yoluxa bilər”.

Nuranə Daxilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin