Qazaxda qızılcadan ölən yeniyetmə qızın ATASI – “Həkiminin dediklərini etmişik”

Hazırda oxunan: Qazaxda qızılcadan ölən yeniyetmə qızın ATASI – “Həkiminin dediklərini etmişik”

174140

Azərbaycanda daha bir yeniyetmə qızılcadan dünyasını dəyişib. Bu dəfə bədbəxt hadisə Qazaxda qeydə alınıb. Hüseynbəyli kənd sakini 13 yaşlı Şabanzadə Nəzrinin öncə Qazax, sonra Gəncə xəstəxanasına aparıldığı bildirilib. Vəziyyəti kritikləşən yeniyetmə Bakıya gətirilərkən yolda dünyasını dəyişib.

Bizim.Media-ya açıqlama verən yeniyetmənin atası Fərrux Şabanovun sözlərinə görə qızının qızılcaya qarşı peyvənd olunduğunu xatırlamır:
 

MÖVZU İLƏ BAĞLI:

Qazaxda 13 yaşlı qız qızılcadan ölüb


“Uşaq vaxtı qızılcaya qarşı peyvənd olunub olunmadığını xatırlamıram. Onlar uşaq olanda həkimlər gəlib, məhəllədə peyvənd edirdilər, amma məhz qızılcaya görə peyvənd olunub olunmadığını dəqiq bilmirəm”.

Ata 10 yaşlı oğlunun da qızılcaya yoluxub sağaldığını bildirib:

“Əvvəl kiçik qardaşı qızılcaya yoluxdu, sağaldı. Üstündən 20-25 gün keçəndən sonra bacısının da temperaturu olub və bədənində səpkilər yaranıb. Həkimə gedəndə hardasa 5-6 gün idi yoluxmuşdu. Qardaşı da onun kimi səpmişdi. Dedik ki, eyni şeydi, qız qardaşından yüngül keçirəcək. Qardaşını həkimə də aparmamışdıq, uşaqların öz həkimi onları müalicə edirdi və “onu-bunu elə” demişdi. Biz də dediklərini etmişdik. 

İstiliyi qalxanda həkimə aparıblar, müalicə olunub, amma xeyri olmayıb. Sonra Gəncə xəstəxanasına aparıblar. Mən Rusiyada idim, gəldim, həkimlər dedilər ki, əlimizdən gələni edirik. 

Amma gördüm ki, uşaqda irəliləyiş yoxdur. Bakıya aparmaq istədik, uşağı Gəncədən Bakıya çatdıra bilmədik.

Bakıya çataçatda vəfat etdi. Qabaqda gedən təcili tibbi yardım maşını dayandı, mən də arxa maşında idim, dedilər ki, vəziyyəti yaxşı deyil. Böyük qız idi, söz tapıb danışa bilmirəm”.

Günay Şahmar, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin