Bu günə olan məlumata görə, Qusarda 27 nəfər qızılcaya yoluxub.
Qusar Rayon Mərkəzi Xəstəxanasının İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Anjela Zalovanın Bizim.Media-ya verdiyi məlumata görə, onlardan 24-ü məktəblidir.
Qusar Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nadirşah Şirinov da faktı təsdiqləyib. Onun sözlərinə görə, qızılcanın genişlənməməsi üçün rayon mərkəzi xəstəxanası və təhsil sektoru ilə birgə qabaqlayıcı tədbirlər görülür.
Qızılca qeydə alınan məktəblərdə dezinfeksiya işləri aparılır. Məktəblərdə hərarəti olan şagirdlər dərsə buraxılmır və müalicəyə cəlb olunması təmin olunur.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
COP29
14:56 / 07.12.2023
Qusarda 27 nəfər qızılcaya YOLUXUB
Hazırda oxunan: Qusarda 27 nəfər qızılcaya YOLUXUB
Hazırda oxunan: Qusarda 27 nəfər qızılcaya YOLUXUB
167905
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.