Xəbər verildiyi kimi, Qax rayonunda da iki azyaşlıda qızılcaya yoluxma faktı qeydə alınıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonda qızılca xəstəliyinə yoluxma hallarına Gülük və Qarabaldır kəndlərində təsadüf edilib.
Hər iki kənddə yaşayan azyalılarda qızılca əlaməti aşkar olunub. Hazırda hər iki uşaq Qax Rayon Mərkəzi Xəstəxanasında müalicə alır.
Qax Rayon Mərkəzi Xəstəxanasının həkimi Dilşaq Poladova qızılcaya yoluxan Abdurahman Məmmədli və Sahibə Babayevanın vəziyyətinin orta-ağır olduğunu, müalicələrinin davam etdirildiyini bildirib.
Həkim bildirib ki, bu xəstəliyin azyaşlı və uşaqlar arasında yayılmasının başlıca səbəbkarı valideyn məsuliyyətsizliyindən irəli gəlir. Ona görə də belə hallar nəzərə alınmalı və uşaqlar vaxtında həkim nəzarəti altında peyvənd olunmalıdır.
Dilşad Poladova qeyd edib ki, bəzi valideynlər qızılcaya yüngül xəstəlik kimi yanaşır. Lakin bu heç də elə deyil. Belə ki, qızılca ağırlaşmalarının miningit, ensifalit, sətəlcəm kimi növləri var ki, onlardan xilas olmaq qeyri-mümkündür.
Müsahibimiz valideynlərə müraciət edərək “Uşaqların həyatını təhlükəyə atmayın”, - deyə qeyd edib.
Rayonun Qarabaldır kənd sakini, qızılca xəstəliyinə yoluxan 4 yaşlı Abdurəhman Məmmədlinin anası Şəhanə Balayeva uşağının ağır vəziyyətdə xəstəxanaya daxil olduğunu. qızdırmasının düşmədiyini, həkimlərin səyi nəticəsində övladının durumunun sabitləşdiyini bildirir. Şəhanə Babayeva bir valideyn kimi etiraf edir ki, uşağı uzun müddət öskürsə də ona fikir verməyib. Və nəticədə bu fəsadlar yaranıb.
Xəstəliklə bağlı bölgənin tam orta məktəblərində və uşaq baxçalarında nəzarət artırılıb.
Bu barədə isə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşı Mahal Məmmədov məlumat verib. Onun sözlərinə görə, idarənin tabeliyində olan ümumi təhsil müəssisələrində dezinfeksiya işləri aparılır. İdarənin əhatə etdiyi 1 şəhər və 5 rayonun ümumi və məktəbəqədər təhsil müəssisələri təyin olunmuş qrafikə uyğun olaraq dezinfeksiya olunur.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
COP29
19:37 / 04.12.2023
Şimal-qərb bölgəsində qızılca XƏBƏRDARLIĞI – “Səbəb valideyn məsuliyyətsizliyidir” – FOTO
Hazırda oxunan: Şimal-qərb bölgəsində qızılca XƏBƏRDARLIĞI – “Səbəb valideyn məsuliyyətsizliyidir” – FOTO
Hazırda oxunan: Şimal-qərb bölgəsində qızılca XƏBƏRDARLIĞI – “Səbəb valideyn məsuliyyətsizliyidir” – FOTO
167423
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.