Bakı məktəbləri qızılcaya görə dezinfeksiya OLUNUR – FOTO 

Hazırda oxunan: Bakı məktəbləri qızılcaya görə dezinfeksiya OLUNUR – FOTO 

167130

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində dezinfeksiya işlərinə start verilib.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, paytaxt məktəblərində şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən müvafiq qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib.

BŞTİ-nin təşəbbüsü ilə təhsil müəssisələrində aparılan dezinfeksiya işləri davamlı xarakter daşıyır və vəziyyət nəzarətdə saxlanılır.
Qeyd edək ki, məktəblərdə müvafiq ehtimallar nəzərə alınaraq nəzarət gücləndirilib, pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib. Səhhətində narahatlıq müşahidə edilən məktəblilərin valideynləri ilə əlaqə saxlanılır, vəziyyətə uyğun tədbirlərin görülməsi təmin edilir.

"Valideynlərə hər zaman tövsiyə olunur ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil", - məlumatda qeyd olunub.













Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin