Umayra Tağıyevadan yüksək temperaturla bağlı AÇIQLAMA

Hazırda oxunan: Umayra Tağıyevadan yüksək temperaturla bağlı AÇIQLAMA

166208

"Ölkə ərazisində payızın sonu üçün yüksək temperatur qeydə alınır".

Bizim.Media xəbər verir ki, bu barədə Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva "Report"a bildirib.

Onun szölərinə görə, Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənən cənub istiqamətli külək havanın temperaturunun 24,6 dərəcəyədək yüksəlməsi ilə müşayiət olunub.

U.Tağıyeva qeyd edib ki, son onilliklərdə yalnız 2006-cı il noyabrın 4-də Bakıda havanın maksimal temperaturu 24.7 dərəcə isti olub. Amma bu ilin noyabr ayında, artıq nisbətən soyuq keçən ayın üçüncü ongünlüyündə temperatur iqlim normasından xeyli yüksək olub:

"Ümumiyyətlə, noyabrın ötən 25 günü ərzində havanın temperaturu iqlim normasından 7.5 dərəcəyədək yüksək qeydə alınıb”.

O, əlavə edib ki, bu ay bir çox ölkələrdə hava anomaliyaları ilə zəngin olub. Bəzi ölkələrin iqlim şəraitinə səciyyəvi olmayan atmosfer hadisələri qeydə alınıb.
Qeyd edək ki, noyabrın 27-si səhərdən Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi, 28-də arabir yağış yağacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə 5-9 dərəcə aşağı enəcəyi gözlənilir. Azərbaycanın rayonlarında da 27-si gündüz dağlıq ərazilərdən başlayaraq 28-i gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.

Qərb küləyi bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin