Azərbaycanda Hepatit A virusu ilə bağlı SON DURUM

Hazırda oxunan: Azərbaycanda Hepatit A virusu ilə bağlı SON DURUM

165936

"Azərbaycanda Hepatit A virusu ilə bağlı vəziyyət stabildir".

Bizim.Media xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, hazırda vəziyyət nəzarət altındadır:

“Ölkədə bir neçə regionda yoluxma var. Lakin bu, qeyri-adi hadisə deyil. Hepatat A virusu 3-4 ildən bir lokal alovlanmalar verə bilən xəsətlikdir. Hazırda vəziyyət stabildir”.

TƏBİB rəsmisi həmçinin bildirib ki, Hepatit A virusu xəsətliyinin mənbəyi elə xəstə insandır:

“Xəstəlik xəstə insandan sağlam insana su, qida, ətrafda istifadə etdiyimiz əşyalarla keçə bilir. İnsan bu xəstəliyə yoluxur, amma bunu hiss etmir. Ola bilər kimsə Hepatat A virusuna yoluxsun, amma heç bir simptom hiss edə bilməyib. Məsələn, uşaqlarda bu, qripəbənzər simptomlarla başlaya bilər. Bir müddət sonra qaraciyər zədələndiyi üçün ürəkbulanma, qastrit, gözdə saralma, dəridə saralma ilə özünə büruzə verir”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin