Ötən 10 ay ərzində Azərbaycanda İnsanın immunçatışmazlığı virusuna (İİV) 764 nəfər yoluxub, onlardan 736 nəfəri Azərbaycan vətəndaşları, 28 nəfəri isə əcnəbilər olub. Azərbaycan vətəndaşları arasında 62 nəfəri (8,4 %-i) İnyekson Narkotik İstifadəçiləri olub.
Bizim.Media xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.
Qeyd olunub ki, Səhiyyə Nazirliyinin məlumatına əsasən hesabat dövründə Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 74 296 nəfər istiqamətləndirilib.
Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2140 nəfərdən 1228 nəfəri istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.
Bundan başqa, respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.
Bizim.Media
- A-
- A
- A+
COP29
17:30 / 17.11.2023
Azərbaycanda 764 nəfər bu virusa yoluxdu - DETALLAR
Hazırda oxunan: Azərbaycanda 764 nəfər bu virusa yoluxdu - DETALLAR
Hazırda oxunan: Azərbaycanda 764 nəfər bu virusa yoluxdu - DETALLAR
164845
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.