“Biontech” şirkəti xərçəngin müalicəsi ilə bağlı hazırladıqları dərmanı uğurla sınaqdan keçirib. Belə ki, türk alimlər, “Biontech” şirkətinin qurucuları Uğur Şahin və Özlem Türeci 15 ildir xərçəng xəstəliyinə qarşı üzərində işləyib hazırladıqları vaksin uğurlu nəticələr verib.
Vaksin 4 dozada 44 pasientə vurulub. Nəticələrə əsasən, pasientlərin 59 faizində şişlərin həcminin 30 % kiçilməsi müşahidə edilib. Xəstələrin 95 faizində isə şişlərin böyüməsi dayanıb.
“BioNnTech” 2030-cu ilə qədər 10 000-ə yaxın onkoloji xəstənin müalicə edilməsini nəzərdə tutur. Vaksin bir neçə ildən sonra artıq satışa çıxarıla bilər.
“Biontech” şirkəti göründüyü kimi, xərçəngin müalicəsi ilə bağlı hazırladıqları dərmanı uğurla sınaqdan keçirib.
Nəhayət, bu xəstəlikdən ölüm hallarına son qoyulacaq?
Bizim.Media-ya açıqlamasında tibb elmləri doktoru Adil Qeybulla bildirir ki, xərçəngin müalicəsində xeyli gəlişmələr olsa da, onun aradan qaldırılması, ölüm hallarına son qoyulması, dərmanının tapılması anlayışı əslində bu xəstəlik barədə məlumatsız olmaq, onu anlamamaqdan qaynaqlanır:
“Xərçəng xəstəliyi geniş anlayışdır. Nə qədər ki, insan orqanizmi və hüceyrə bölünməsi var, o qədər də xərçəng xəstəliyi olacaq. İnsanlıq yaranandan bu xəstəlik mövcuddur və indi də davam edir, heç vaxt da dayanmayacaq. Bu xəstəliyin müalicəsində, xəstələrin yaşam, həyat keyfiyyətlərinin yaxşılaşmasında xeyli gəlişmələr var və bu gəlişmələr getdikcə artacaq.
Amma xərçəng xəstəliyinin aradan qaldırılması, onun dərmanının tapılması anlayışı əslində bu xəstəlik barədə məlumatsız olmaq, onu anlamamaq deməkdir.
Belə vaksinlər zaman-zaman hazırlanıb, yeni preparatlar çıxıb. Xərçəng xəstəliyinin başlanğıc götürməsi, orqanizm və xərçəng əleyhinə müdafiə sisteminin sıradan çıxmasıdır. Buna da çoxsaylı ekoloji amillər səbəb olur. Bu baxımdan xəstəliyin tamamilə aradan qaldırılmasından danışmaq onun məzmununu başa düşməməkdən qaynaqlanır. “Biontech” şirkətinin hazırladığı dərman da gəlişmələrdən biridir və təqdirə layiqdir. Amma əsas məsələ ilə bağlı nəticələrə baxandan sonra müzakirə etmək olar”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
COP29
08:30 / 27.10.2023
Türk alimlərin tarixi KƏŞFİ – Xərçəngin müalicəsi üçün vaksin EFFEKTİV OLACAQ?
Hazırda oxunan: Türk alimlərin tarixi KƏŞFİ – Xərçəngin müalicəsi üçün vaksin EFFEKTİV OLACAQ?
Hazırda oxunan: Türk alimlərin tarixi KƏŞFİ – Xərçəngin müalicəsi üçün vaksin EFFEKTİV OLACAQ?
161609
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.