DİQQƏT! — Bu xəstəliklə koronavirusun simptomları oxşardır

Hazırda oxunan: DİQQƏT! — Bu xəstəliklə koronavirusun simptomları oxşardır

16137

''Respirator allergiyanın (atopik bronxial astma, allergik rinit, pollinoz) və koronavirus infeksiyasının simptomları həqiqətən də çox oxşardır''.

Bizim.Media xəbər verir ki, Səhiyyə Nazirliyinin Baş allerqoloqu Lalə Allahverdiyeva belə deyib. 

Baş allerqoloq oxşar simptomları sadalayıb:

''Tənəffüsün çətinləşməsi, təngnəfəslik, öskürək, rinoreya, asqırma, burun və boğazda qaşınma, qıcıqlanma, gözlərdə qaşınma.

Əgər bu simptomlara yüksək hərarət, başağrısı və boğazda ağrı, ümumi halsızlıq və mialgiya, quru öskürək, iy və dadbilmənin itirilməsi də qoşularsa, onda mütləq həkimə müraciət etmək və COVID-19-a görə müayinədən keçmək lazımdır''.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin