SARS-CoV-2 koronavirusu bronxial astmanın kəskinləşməsi üçün triggerdir və ağır pnevmoniyaya səbəb ola bilər:
Bizim.Media Səhiyyə Nazirliyinin saytına istinadla məlumat verir ki, bunu baş allerqoloq Lalə Allahverdiyeva söyləyib.
Baş allerqoloqun sözlərinə görə, ağır dərəcəli, nəzarət olunmayan bronxial astma COVID-19 ilə xəstələnmiş şəxslərdə daha ağır nəticələrə gətirib çıxara bilər.
“Bu səbəbdən, allergiyası olan pasiyentlərdə koronavirus infeksiyasının ən yaxşı profilaktikası elə allergiyanın özünün müalicə edilməsidir. Xəstələr allergiya əleyhinə bazis terapiyanı almalıdırlar”.
Mütəxəssis bildirib ki, virus xəstəlikləri və COVID-19 allergiyanın simptomlarını ağırlaşdıra bilər:
“Bu, respirator allergiya – bronxial astma, allergik rinitlər və pollinoz olan xəstələrə aiddir. Virus iltihablaşmış selikli qişadan asanlıqla orqanizmə daxil olur və xəstədə allergiyanın gedişini ağırlaşdırır. Digər bir klinik mənzərə də ola bilər.
Məsələn, xəstə bronxial astmanın remissiya mərhələsində idi, lakin, koronavirus infeksiyasına yoluxdu. İnfeksiya tənəffüs yollarının selikli qişasının virus mənşəli iltihabına səbəb oldu. Allergenlərin zədələnmiş selikli qişadan keçməsi artır və biz beləcə allergik iltihabın kəskinləşməsini izləyə bilərik.
Bizim.Media
- A-
- A
- A+
COP29
12:42 / 29.03.2021
COVID-19-a yoluxma astma xəstələri üçün ağır nəticələnə bilər - ÇIXIŞ YOLU
Hazırda oxunan: COVID-19-a yoluxma astma xəstələri üçün ağır nəticələnə bilər - ÇIXIŞ YOLU
Hazırda oxunan: COVID-19-a yoluxma astma xəstələri üçün ağır nəticələnə bilər - ÇIXIŞ YOLU
16133
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.