Dünyada koronavirusa yoluxanların sayı son sutkada 565 mindən çox artıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Dünyada koronavirusa yoluxanların son STATİSTİKASI
Məlumata əsasən, ötən sutka ərzində 565 997 nəfər yeni koronavirusa yoluxub, 9 997 nəfər isə dünyasını dəyişib.
Yoluxanların ümumi sayı 126 359 540, ölənlərin isə 2 769 473 nəfərə çatıb. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
Bizim.Media