Uşaqlar arasında təhlükəli virus YAYILIB – Pediatrdan XƏBƏRDARLIQ 

Hazırda oxunan: Uşaqlar arasında təhlükəli virus YAYILIB – Pediatrdan XƏBƏRDARLIQ 

154617

Son günlər azyaşlılar arasında boğaz ağrısı, hərarət, ishal və əzələ ağrıları ilə müşahidə edilən virus yayılıb. İnfeksionistlərin sözlərinə görə, xəstəliklə bağlı klinikalara ən çox müraciət edənlər azyaşlılardır. 

Maraqlıdır, yayılan təhlükəli infeksiya yeni virusdur, yoxsa mövsümi xarakter daşıyır?

Bizim.Media-ya bu barədə danışan 5 saylı Uşaq Poliklinikasının həkim-pediatrı Məhsəti Nəcəfovanın sözlərinə görə, hər il olduğu kimi bu il də yayılan virus mövsümi xarakter daşıyır:
 

MÖVZU İLƏ BAĞLI:

Nazirlikdən uşaqlarda davamlı baş ağrıları ilə bağlı valideynlərə ÇAĞIRIŞ 


“Daha çox influenza xəstəliyinə və rotavirusa təsadüf edirik. Pistkovid dövründən sonra uşaqların immun sistemində geriləmələr olduğundan xəstəliklə mübarizə bir qədər uzanır. Bu da gözləniləndir”.

Pediatr əlavə edib ki, istənilən xəstəliklə bağlı diqqətli olmaq vacibdir:

“Hər bir pasiyent fərdi xüsusiyyətlərə malikdir. Yəni həm hərarətə, həm də digər xroniki problemlərinə görə seçilir. Hərarət çox yüksək rəqəmlərə qalxdığından qıcolma, beyin ödemi, təhlükələri ola bilər. Ona görə də fevril qıcolmaya meylli olan uşaqların valideynləri daha diqqətli olmalıdır. Ümumiyyətlə, narahatlığı olan uşaqların valideynləri mütləq pediatrla məsləhətləşməlidir”. 

Məlumat üçün bildirək ki, “İnfluenza" bir zamanlar dünyada geniş yayılan "Quş qripi" bəlasının növüdür. "İnfluenza" qrip virusunun səbəb olduğu nəfəs yollarının kəskin infeksiya xəstəliyidir və hava-damcı yolu ilə ötürülür. Buna insanlarla yanaşı, heyvanlar və quşlar da yoluxur. Qrip kəskinləşdikdə sətəlcəm ilə nəticələnə, bu isə ölümə səbəb ola bilər. Xüsusilə, sətəlcəmə tutulma halları azyaşlı və qoca insanlarda daha çox baş verir.

Rotavirus infeksiyası mədə və bağırsaqların (rotavirus qastroenteriti) selikli qişasının zədələnməsilə özünü büruzə verən virus etiologiyalı infeksion patologiyadır.

Uşaqların 95 %-i rotavirus bağırsaq infeksiyasını 5 yaşına qədər keçirir. Adətən immun sistemi bu xəstəliyin öhdəsindən müstəqil olaraq gəlir, lakin rotavirus infeksiyası südəmər körpələr üçün təhlükəli ola bilər. Qusma və diareya nəticəsində onların orqanizminin ağır susuzlaşması 6 saat ərzində baş verə bilər.  

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin