Bayram süfrəmizin simvolik şirniyyatları, undan hazırlanan digər qidaları daha sağlam şəkildə hazırlaya bilərik.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında dietoloq Zeynəb Azəri söyləyib.
MÖVZU İLƏ BAĞLI:
Axşamlar yeyin! Aclıq sizi kökəldə bilər - DİETOLOQ
“İndiki dövrümüzdə rafinə olunmuş şəkər, ağ un insan sağlamlığının düşmənidir. Rafinə olunmuş qidalar 20-ci əsrdə ortaya çıxıb. Nənə və babalarımızın yaşadığı dövrlərdə un, şəkər, yağ çox təbii olub. Yəni rafinə olunmayıb".
"Biz indi də belə reseptlə bütün milli şirniyyatlarımızı hazırlaya bilərik. Yəni rafinə olmuş un əvəzinə buğda unu, şəkər əvəzinə isə baldan istifadə edə bilərik. Tərkibi bilinməyən yağları isə tam kərə yağı ilə əvəz etsək yaxşı olar”.
Gülşanə Mustafayeva, Bizim.Media