Tibbdə yeni era - SÜNİ İNTELLEKTLƏ MÜAYİNƏ

Hazırda oxunan: Tibbdə yeni era - SÜNİ İNTELLEKTLƏ MÜAYİNƏ

152609

Belçika xəstəxanalarının birində qulaq, burun, boğaz müayinələrində süni intellekt istifadəsini gerçəkləşdirən layihəyə hazırlanır.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Belçikanın Vallon bölgəsində yerləşən EpiCURA adlı özəl xəstəxana, 2023cü ilin sonundan etibarən qulaq, burun, boğaz müayinəsində süni intellektdən istifadə etməyə hazırlaşır.

Vallon hökuməti tərəfindən maliyyələşdiriləcək layihədə Belçikanın proqram təminatı şirkəti Bingli-nin texnologiyasından istifadə olunacaq.

Layihə dizaynerlərinin fikrincə, konsultasiyadan əvvəl süni intellektin suallarına cavab vermək həm xəstənin, həm də həkimin vaxtına qənaət edəcək, həkimlərin müayinələri zamanı pasiyentləri ilə birbaşa əlaqə saxlanılmasına şərait yaradacaq.
Əsl həkim müsahibəsi kimi işləyən süni intellekt üzbəüz ziyarətdən əvvəl xəstəyə həkimin suallarının 70-100 faizini verəcək. Bu, ziyarətləri daha səmərəli edəcək və diaqnozda böyük kömək edəcəkdir.

Aysu Allahverdi, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin