Böyrəklərinizin yaxşı işləmədiyini göstərən - 7 əlamət

Hazırda oxunan: Böyrəklərinizin yaxşı işləmədiyini göstərən - 7 əlamət

15212

Böyrəklərin işində pozulma olan kimi o sizin ilk öncə əhəmiyyət vermədiyiniz, lakin gözlə görünən siqnallar verir.

Böyrəklər üzərinə böyük iş götürüb, orqanizmdən artıq kalsiumu, duzları, toksinləri çıxarır, mineral balansı tənzimləyir, sidik ifrazını təmin edir.

Son zamanlar həyat tərzimiz onların fəaliyyətini çox tez pozur.

Bizim.Media xəbər verir ki, böyrəklərinizin işində problem olduğunu göstərən siqnalları təqdim edir.

1. Yata bilməmək, narahatlıq, yuxuda apnoe-tənəffüsün pozulması

2. Ümumi zəiflik, baş ağrıları, yorğunluq – böyrəklər orqanizmdə D vitamininin saxlanmasını təmin edir. Böyrəklər xəstə olduqda orqanizmdə kalsium yuyulub gedir. Bu zaman beynin və əzələlərin vəziyyəti pisləşir. İnsanda güc azalması, yorğunluq, zəiflik başlayır.

3. Quru, qabıqlı, qaşınan dəri – Böyrəklər bədəndən şlak, toksin və artıq mayeni qovur. Onlar düzgün işləməyəndə bunlar qanda qalır və sümük, dəri xəstəliklərinə, qaşınmaya səbəb olur

4. Ağızdan xoşagəlməz qoxu – qanda toksinlərin artması ağız dadını dəyişir, iştah küsür, insan heç nədən dad almır, ağızfa bakteriyalar artır, pis qoxu gəlir

5. Təngnəfəslik – bədəndə qalan artıq maye ağciyərlər və ətrafına yığılır, oksigen aclığı yaradır. Bu da təngnəfəsliyə səbəb olur

6. Kürəkdə, beldə ağrı – kişilərdə hətta qasıq, ayaqlar arasında, budlardan aşağıda da ağrı olur. Tez-tez sidiyə getmə, qarında köp, yüksək hərarət

7. Üz, gözüstü, ayaqlarda şiş, ödem – yenə də artıq maye bədəndən qovulmadığı üçün bu nahiyələrdə xüsəsən axşama doğru şişkinlik yaranır. (medicina)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin