Əməliyyat zamanı dünyasını dəyişən xəstənin ödədiyi pul niyə geri qaytarılmır? – AÇIQLAMA

Hazırda oxunan: Əməliyyat zamanı dünyasını dəyişən xəstənin ödədiyi pul niyə geri qaytarılmır? – AÇIQLAMA

150776

Çox tez-tez rast gəlinən və ciddi narahatlıq doğuran bir məsələdən danışmaq istəyirik. Ağır xəstəlik keçirən xəstələrin müalicəsi üçün çox zaman cərrahi əməliyyat tələb olunur. Cərrahi əməliyyatlarınsa qiyməti kifayət qədər bahadır.

Bahaçılıq məsələnin bir tərəfidir. Məsələnin əsas narahatçılıq doğuran tərəfi odur ki, bir çox hallarda xəstə əməliyyatdan sağ çıxmır. Bu zamansa nəticədən narazı qalan xəstə yaxınları ödənilən vəsaiti geri tələb edir. Xəstəxana isə ödənişi geri ödəməkdən imtina edir.
 

MÖVZU İLƏ BAĞLI:

Həkim yoxsa xəstəxana xəstələrin səhhəti ilə bağlı MƏSULİYYƏT DAŞIYIR?


Bəs, bu problemin yaşanmaması üçün xəstə yaxınları neynəməlidir?

Suala Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşviq Məmmədli aydınlıq gətirdi. Bizim.Media-ya açıqlamasında o bildirdi ki, xəstə və xəstə yaxınları bir məsələdə çox diqqətli olmalıdır:

“Xəstə ağır cərrahi əməliyyata girərkən onun yaxınları ilə tibb müəssisəsi arasında müqavilə bağlanır. Bu normal prodsedurdur. Amma cərrahi əməliyyat uğursuz keçəndən sonra xəstə ilə tibb müəssisəsi arasında ciddi problemlər yaranır.

Bu əsasən xəstə yaxınlarının ödədiyi pulun geri qaytarılması tələbi ilə bağlı olur. Ona görə də xəstə yaxınları imzaladıqları müqaviləni diqqətlə oxumalı və hansı məsuliyyətin altına girdiklərini bilməlidirlər. Tez-tələsik müqaviləyə qol çəkən xəstə yaxınının sonradan hansısa məsələ baradə narazılıq etməsi hüquqi baxımdan doğru deyil”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin