Həkim yoxsa xəstəxana xəstələrin səhhəti ilə bağlı MƏSULİYYƏT DAŞIYIR?

Hazırda oxunan: Həkim yoxsa xəstəxana xəstələrin səhhəti ilə bağlı MƏSULİYYƏT DAŞIYIR?

150735

“Həkimlərin eyni vaxtda iki yerdə işləmək hüququ var. Onlar həm xidməti, həm də əmək müqaviləsi ilə işləyə bilərlər. Belə vəziyyətdə istənilən həkim ona müraciət edən xəstənin razılığı ilə rəsmi şəkildə çalışdığı istənilən xəstəxanada zəruri prodsedurlar keçirə bilər. Burada qanunvericilik tərəfdən heç bir  məhdudiyyət və yaxud qadağa yoxdur. 

O ki, qaldı xəstənin vəziyyətinə məsuliyyət məsələsinə. Xəstənin sağlamlığına həm proseduru keçirən həkim, həm də keçirilən tibb müəssisəsi məsuliyyət daşıyır. Burda həm həkimin səhvi ola bilər, həm də tibb müəssisəsinin məsuliyyətsizliyi. Bu da birbaşa məhkəmə predmetidir. Və yaxud hüquq mühafizə orqanlarının verəcəyi qərara bağlı məsələdir”.

Bunu Bizim.Media ilə söhbətində Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Ürək sağlamlığınızı məhv edən üç MƏHSUL


O,  burada bir incə məqamın olduğunu da vurğulayıb:

“Bəzi həkimlər, həm dövlət, həm də özəl tibb müəssisəsində fəaliyyət göstərirlər. İki tibb müəssisəsində işləyən həkimlər üçün müəyyən məsuliyyətlər təyin  edilib. Bütün günü dövlət müəssisəsində çalışan həkim yarım gün və yaxud yarım ştat  özəl tibb müəssisəsində çalışa bilər. Lakin, bir həkim eyni vaxtda 3-4 yerdə işləyə bilməz. Bu həm fiziki cəhətdən, həm də hüquqi baxımdan mümkün deyil”.

Müşfiq Məmmədli onu da qeyd edib ki, xəstənin harada və kim tərəfindən əməliyyat olunması barədə seçim hüququ var:

“Xəstə istəyirsə öz vəsaiti hesabına özəl tibb müəssisəsində müalicə keçə bilər. Amma bir məsələni unutmayaq ki, hazırda hər bir ölkə vətəndaşı icbari tibbi sığorta zərfinin xidmətlərindən yararlanmaq imkanı var. Əksər xəstəliklər  isə xidmət zərfi paketinə daxil edilib. Lakin, bəzi vətəndaşların bununla bağlı məlumatı azdır. Bu sahədə maarifləndirməyə ciddi ehtiyac var. Çünki, dövlətin yaratdığı imkanlardan hər bir vətəndaşın faydalanmaq hüququ var”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin