Nazirlikdən uşaqlarda qalxanabənzər vəzin müalicəsi ilə bağlı MÜRACİƏT 

Hazırda oxunan: Nazirlikdən uşaqlarda qalxanabənzər vəzin müalicəsi ilə bağlı MÜRACİƏT 

148072

“Zob vəz deməkdir, amma bununla bağlı nə problem olursa, “Zob”um var deyilir. Bu, qalxanvari vəzi ilə bağlı olan problemlərdir. Necə ki, uşağın ürəyi var, beyni var deyəndə qorxutmursa, zobu var deyəndə də qorxutmamalıdır”. 

Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə bildirib. 

Onun sözlərinə görə, zob vəzi normadan az və artıq olursa, bir çox proseslərin yaranmasına səbəb olur: 

“Vəzinin yavaş və sürətli gedən proseslərdə böyüməsi ola bilər. Uşaqlarda da olanda da təəccüblü gəlir ki, uşaqlarda bu xəstəlik olur? Bəli, olur, hətta yenidoğulmuşlarda da ola bilər. Vəzinin funksiyası yavaş işləyirsə, normal səviyyəyə çatdırırıq. Sürətli işləyirsə, onu da normal vəziyyətə salırıq. Bunu bir dərman vasitəsilə düzəldə bilirik. Amma yeni doğulanlarda bu gözdən qaçarsa, ömürlük əqli gerilik yarana bilər. Ona görə diqqətli olmaq lazımdır. Qalxanvari vəzi xəstəliklərinin hamısı zob problemi deyil”. 

Həkim deyib ki, analizi ailə seçməməlidir. Bütün hallarda analizlərin seçimləri və ultrasəs müayinələri həkim təyinatı əsasında olmalıdır: 

“Amma ailələr gözlə görünən əlamətlərə baxmalıdır. Vəzinin çatışmazlığında bədən sürəti azalır. Məsələn, ürək funksiyası azalır, bağırsaqların hərəkəti yavaş olur, qəbizlik yaranır, dəri quru olur, saç tökülür.
Yeni doğulanlarda gecikmə olursa, kobud üz quruluşu, kobud səs, dilin ölçüsü böyüyə bilir, bütün bədəndə maye toplanması ola bilir. Bəzən nevroloji müayinələrə baxılır, amma qalxanvari vəzi problemlərinə gecikmiş olunur. Vəzinin sürətli işləməsi, insanların “zəhərli zob” dediyi problemlər zamanı ürək daha sürətli işləyir, nəbz problemi, əsəbilik, titrəmə, əllərdə titrəmə, gözlərdə bərəlmə, dəridə xarakterik dəyişikliklər əlamətləri ola bilər”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin