“İxtisaslı həkimlərin maaşı 3 dəfə artıb” – TƏBİB  

Hazırda oxunan: “İxtisaslı həkimlərin maaşı 3 dəfə artıb” – TƏBİB  

146607

“TƏBİB-in tabeliyindəki tibb müəssisələrində icbari tibbi sığortanın tətbiqindən əvvəlki dövrlə müqayisədə minimum vəzifə maaşı alan ixtisaslı həkimlərin aylıq vəzifə maaşına 800 manat məbləğində sabit həvəsləndirici əlavələr tətbiq olunub. Əmək haqqı 2019-cu illə müqayisədə orta hesabla 3 dəfə artıb”. 

Bizim.Media xəbər verir ki, bunu TƏBİB-in Strateji təhlil və inkişaf departamentinin Strategiya və layihələr şöbəsinin müdiri Fəqan Həsənzadə bildirib.  

Onun sözlərinə görə qeyd edilən artım ölkə üzrə əhalinin orta aylıq əmək haqqından 1.5 dəfə yüksəkdir:  

“Avropada bu rəqəm orta aylıq əmək haqqına nisbətlə 2-3 dəfədir. Bizim hədəfimiz bu rəqəmi 2 dəfəyə qədər çatdırmaqdır”. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin