TƏBİB sədri: “Xaricdəki həkimlərimizin ölkəmizdə də tibbi xidmət göstərmələrini istəyirik”

Hazırda oxunan: TƏBİB sədri: “Xaricdəki həkimlərimizin ölkəmizdə də tibbi xidmət göstərmələrini istəyirik”

142630

“TƏBİB olaraq məqsədimiz tibbi xidmətləri vətəndaşlara əlçatan etmək, onların keyfiyyətini artırmaqdır. İstəyirik ki, vətəndaşımız bizim tibb müəssisələrinə müraciət edəndə məmnun şəkildə ayrılsın, əziyyət çəkdiyi xəstəliyin bütün fəsadları aradan qaldırılsın, o, öz həyatına normal şəkildə davam edə bilsin.

Səhiyyəmizin inkişafı üçün təkcə Azərbaycanda deyil, xaricdə yaşayan həkimlərimiz də əllərindən gələni əsirgəməməlidirlər.

Məqsədimiz odur ki, həkimlərimiz bütün dünyada tanınsın. Azərbaycan vətəndaşı tibbi xidmət almaq üçün digər ölkələrə üz tutmasın, ölkə daxilində tibbi xidməti keyfiyyətli və əlçatan şəkildə əldə edə bilsin. Xaricdə yaşayanların Azərbaycanda tibbi xidmət almaları üçün müraciətləri çoxalsın. İlkin mərhələdə bu, müəyyən sahələr üzrə ola bilər. Gələcəkdə həmin xidmətlərin sayını artıraraq, sahələri genişləndirərək xarici ölkələrdə səhiyyəmizin, həkimlərimizin təbliğatını həyata keçirmək niyyətindəyik”. 

Bizim.Media xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov Dünya Azərbaycanlı Təbiblərinin Birinci Simpoziumunun bağlanış mərasimində deyib. 

“Simpoziumda 1500-ə yaxın iştirakçı olub. Ümidvaram ki, hərə öz sahəsi üzrə xeyli yeniliklər əldə etdi və öyrəndiklərini praktikada tətbiq edəcək.

Simpozium öz işinə sabah yekun vuracaq. Sonuncu gün Şuşaya səfər nəzərdə tutulub. Ümidvaram ki, belə simpoziumların təşkili davamlı olacaq və daha çox iştirakçını əhatə edəcək. Məqsədimiz odur ki, təkcə xarici ölkələrdə fəaliyyət göstərməyəsiniz. Azərbaycanda da xəstə qəbullarını, cərrahi əməliyyatları həyata keçirəsiniz.
Vətəndaşlarımız öz ölkəmizdə sizə müraciət edə bilsinlər. Siz ölkəmizin, Azərbaycan həkiminin xarici ölkələrdə təmsilçilərisiniz. İnanırıq ki, bizi layiqincə təmsil edirsiniz və nümunəvi fəaliyyətinizi davam etdirəcəksiniz. Nəticədə ölkəmizə səhiyyə xidməti almaq üçün gələnlərin sayı da artacaq”, - deyə V.Qurbanov qeyd edib. 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin