Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 831 824 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 470 nəfər müalicə olunaraq sağalıb, hazırda 81 aktiv xəstə var. Bu günə qədər 10 273 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 900, bu günə qədər isə ümumilikdə 7 620 411 test icra olunub.
Bizim.Media