Ağciyəri gücləndirən qidalar

Hazırda oxunan: Ağciyəri gücləndirən qidalar

13800

Ağciyər xərçəngi bütün orqan xərçəngləri arasında ən ölümcül xərçəng növüdür. Hesab olunur ki, ağciyərə zərər verən ən güclü amil siqaretdir.

Mütəxəssislər, çirklənmiş havaya məruz qalmamaq, siqaret çəkməmək və siqaret çəkilən mühitdə olmamaq lazım olduğunu vurğulayır, eyni zamanda sağlam qidalanmanın ağciyəri təmizlədiyini bildirirlər.

Bizim.Media xəbər verir ki, dietoloq Gizem gençyürek ağciyərin dostu olan qidaları açıqlayıb. Onlar aşağıdakılardır:

Hər şeydən əvvəl maye. Bol su içmək və C vitamini ilə zəngin təzə tərəvəz və meyvə şirələrinin qəbulu ağciyərləri təmizləmək üçün zəmin hazırlayır. Maye ağciyərin mucus qatını incəldərək nəfəs almağı asanlaşdırır.

C vitamini mənbələri: Cəfəri, qırmızı bibər, sitrus meyvələri antioksidant xüsusiyyətlərinə görə ağciyəri sərbəst radikallardan qoruyurlar.

Bundan əlavə, antioksidantlar tənəffüs sisteminin epiteli toxumasını yaradaraq ağciyəri bakteriyalardan qoruyur.

Sink qaynağı olan qatıq və taxıl məhsulları: Tənəffüs yolu infeksiyalarına qarşı müqavimət yaradan sink mənbəyi olan qidalar gündəlik rasiona daxil edilməlidir.

Gündə 2-3 porsiya qatıq, 3-4 porsiya tam taxıl məhsulları qəbul edilməlidir.

Üzüm tumu

Tərkibindəki "resveratrol" komponenti sərbəst radikallara qarşı ağciyərə bir qalxan rolunu oynayır. Tərkibinin bədən tərəfindən tam həzmi üçün üzüm toxumu çeynənərək yeyilməlidir.

Kərəviz

C vitamini ilə zəngindir, antioksidant xüsusiyyətləri var.

C vitamini iltihab əleyhinə təsiri ilə ağciyərin sərbəst radikal zədələnməsinin qarşısını alır. Eyni zamanda, tərkibindəki "kumarin" adlanan birləşmələr immun hüceyrələrinin işini dəstəkləyir və sərbəst radikalların böyüməsinin qarşısını alır.

Zəncəfil və sarıkök

Həm zəncəfil, həm də sarıkök güclü antivirus təsirlərə malikdir. Zəncəfilin tərkib hissəsi olan "Gingerol" və sarıkökün tərkib hissəsi olan "Curcumin" ağciyəri virus infeksiyalarından qoruyur.
Eyni zamanda, zəncəfil və sarıkökün tərkibində olan maddələrin koronavirusun çoxalması və gen ötürülməsində vasitəçi olan "Mpro" fermentinə maneə törətdiyini göstərən araşdırmalar var.

Keçibuynuzu

Keçibuynuzu ciyərləri təmizləmək üçün vacib bir funksiyaya malikdir. Keçibuynuzu, vitamin K, vitamin E və vitamin B2 (Riboflavin) kimi vitaminlərlə və xüsusilə sink, kalsium, fosfor və kalium kimi minerallarla zəngindir, güclü bir antioksidant xüsusiyyəti var. Şiddətli öskürəkdən xilas edir, astma tutmalarının azalmasına səbəb olur və infeksiyanın qarşısını alır

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin