Maqnezium bədənimizə lazımlı olan mineralların bəlkə də ən birincisidir. Bədənimizdəki maqneziumun təxminən dörddə üçü sümüklərdə, digər qismi isə yumşaq toxumalarda və bədən mayelərində yerləşir.
ABŞ-ın Kanzas-Siti (Missouri ştatı) şəhərində təcrübə keçmiş, dietoloq Allie Grecin sözlərinə görə, insan bədənində ən çox yayılmış dördüncü mineral sayılan maqnezium hüceyrələrin enerji istehsalında rol oynayar. Stresi önləyici xüsusiyyəti vardır. Kalsiumla birlikdə təbii sakitləşdirici kimi istifadə edilir. Maqnezium ürək döyüntülərini yaxşılaşdırır. Qan damarlarını açır və qan laxtalanmasını və ürək çatışmazlığını aradan qaldırır. İstirahət və rahat bir yuxuya kömək edir.
Maqnezium əksikliyi aşağıdakı əlamətlərlə biruzə verir:
Əzələ qaçması, titrəmə, əzələ tutulması, ürəkbulanma, qusma, iştahın itirilməsi, yorğunluq, zəiflik hissi.
Hansı qidalarda maqnezium var?
Dietoloq Grecənin fikirlərinə görə, bir unsiyalı qoz-fındıqda gündəlik maqnezium ehtiyacımızın yüzdə 20-si var.
Maqneziumla zəngin qidalara aşağıdakılar daxildir.
Xüsusilə tünd yaşıl tərəvəzlər strukturlarında olan xlorofil molekulu sayəsində maqnezium mineralı baxımından zəngindirlər. Badam, ləpələr, soya paxlası, emal edilməmiş taxıllar, tam taxıllı çörək təbii maqnezium qaynaqlarıdır.
Bunun yanında kakao tozu, banan, avokado, günəbaxan toxumu, balqabaq toxumu, qoz-fındıq, yer fındığı əzməsi, buğda lopası, partlamış qarğıdalı, taxıl çörəyi, balıq və toyuq əti, pendir, yumurta, kartof və portağalda da bol miqdarda maqnezium var.
Gün ərzində nə qədər maqnezium qəbul etməliyik?
Gündəlik ehtiyacımız olan maqneziumun miqdarı, əsasən cinsə və yaşa görə müəyyən edilir. Milli Səhiyyə İnstitutun veridyi açıqlamaya görə, bu rəqəm 6 aylıq körpədən yetkin insana qədər müvafiq olaraq 30 mq-la 360 mq arasında dəyişə bilir.
Səkinə Yusibli, Bizim.Media