Mövsümi allergiyadan necə qorunaq? – Həkimdən MÜHÜM TÖVSİYƏLƏR

Hazırda oxunan: Mövsümi allergiyadan necə qorunaq? – Həkimdən MÜHÜM TÖVSİYƏLƏR

136084

Yazın gəlişi insanları təbiət qoynunda daha çox vaxt keçirməyə sövq edir. Amma bəzi insanlar yaz aylarında təbiət qoynunda olarkən müxtəlif allergik xəstəliklərə yoluxurlar. Bu xəstəliklər mövsümü xarakter daşısa da insanlar bundan çox əziyyət çəkir.

Mövsümi allergik xəstəliklərdən qorunmaq yollarıını öyrənmək üçün allerqoloq Aysel Mehdiyeva ilə əlaqə saxladıq. 

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, yaz aylarında çiçək tozundan xəstələnən insanlar əsasən polen allergiyasına tutulurlar:
 

MÖVZU İLƏ BAĞLI:

Gündəlik burun spreyi TƏHLÜKƏSİ – Uzman həkim Cavid Hüseynzadə YAZIR


“Belə xəstələrin gözlərində qaşınma, sulanma və qızarma baş verir. Belə xəstələr tez-tez asqırır, burunlarından su gəlir. Hətta qulaqda, damaqda və bədənin hava ilə təmasda olan hissələrində qaşıntılar olur. Belə xəstələrdə hətta bronxil-asma tutmalarına və digər ağır allergik hallara da rast gəlinir”.

Allerqoloq belə xəstəliklərdən qorunmağın yollarından da danışdı: 

“Belə xəstələr yaxşı olar ki, günün ikinci yarısında açıq havaya çıxsınlar. Yağışdan sonra bayırda olsunlar. Yüksək mərtəbələrdə yaşayanlar üçün mövsümi xəstəliklərə yoluxma riski daha azdır. Çünki polenlər çox yüksəkliyə qalxa bilmirlər. Polen allergiyası ola insanlar yaz aylarında bayıra papaqla çıxsalar, daha yaxşı olar. Çünki başıaçıq gəzərkən polenlər saçlara yapışır və evə gələrkən də həmin insana əziyyət verməkdə davam edir. Belə insanlar çalışmalıdırlar ki, üst geyimlərini evə gətirməsinlər. Və evə girdikdən dərhal sonra duş qəbul etsinlər ki, polenlər daha tez məhv olsun”.

Aysel Mehdiyeva onu da qeyd edib ki, belə xəstələrin yaşıllığa və meyvələrə də allergik reaksiyaları olur:

“Bəzi meyvələrdən istifadə edərkən ağızda qaşıntı, burunda tutulma və udqunmada çətinliklər meydana çıxır. Ona görə də belə xəstəliyi olan insanlar allergik meyvələrdən uzaq durmalıdır. Və yaxşı olar ki, həkim məsləhətlərindən bəhrələnsinlər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin