Bu xəstəliklər kabus və qorxulu yuxulara səbəb olur

Hazırda oxunan: Bu xəstəliklər kabus və qorxulu yuxulara səbəb olur

13579

Orqanizmdə bəzi problem və xəstəliklərin başlaması yuxuda kabus dolu qorxulu yuxular sindromu yarada bilər. 

Bizim.Media xəbər verir ki, həkim Viktor Lunev aşağıdakı xəstəliklərdə insanın kabus gördüyünü açıqlayıb: 

- həzm, mədə -bağırsaq xəstəlikləri, qastrit, xora 

“Həzm orqanlarının divarında olan iltihab, yara ağrı sindromu yaradır. Bu ağrı qıcıqları insan yuxuda olarkən də bədənə diskomfort verir və beyni rahatlamağa qoymur. Üstəlik bu xəstəliklər insanda stress, əsəb yaradır.

Bəzi nevroloji xəstəliklər də yuxuda narahat ayaqlar sindromu, qollarda ağrı, narahatlıq yaradır, insan yerində tez-tez çevrilir. Bu da beyində təşviş və qorxulu yuxular yaradır.

Gecə kabusunun bir səbəbi də apnoedir. Bu zaman yatan insanda qısa müddətə, saniyəlik tənəffüs dayanması olur. Bu zaman beyində oksigen aclığı baş verir, bu da yuxulara təsir edir. 

Bu problemlər yoxdursa da, insan ağır, yağlı, quru yeməklər yeyib yatanda həzm sistemi aktiv olduğu üçün beyinə oyaqlıq siqnalları göndərir, beyin dincəlmir, ona görə də yuxulara qorxulu görüntülər çıxır.(medicina) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin