Ölkədəki koronavirus xəstələrinin sayı AÇIQLANDI 

Hazırda oxunan: Ölkədəki koronavirus xəstələrinin sayı AÇIQLANDI 

135384

Hazırda TƏBİB-in tabeliyində koronavirusa yoluxmuş şəxslərin müalicəsi üçün 1 modul tipli xəstəxana fəaliyyət göstərir. 

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib: 

"Burada ümumilikdə 370 çarpayılıq yer mövcuddur. Çarpayılardan 100-ü reanimasiya üçün nəzərdə tutulub. Xəstələrin müalicəsi ilə 80 nəfər tibbi və qeyri-tibbi heyət məşğul olur". 

TƏBİB-in tabeliyindəki modul tipli xəstəxanada müalicə alan koronaviruslu xəstələrin sayı da açıqlanıb. 

"Hazırda TƏBİB-in tabeliyindəki modul tipli xəstəxanada 9 nəfərin müalicəsi davam etdirilir. Onlardan 5-i Reanimasiya şöbəsindədir. Şöbədə olanlardan 1 nəfər isə süni tənəffüs aparatına qoşulu vəziyyətdədir", - deyə cavabda bildirilib. 
Qeyd edək ki, may ayının 5-də Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə vəziyyəti (PHEIC) statusunun bitdiyini bəyan edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin