Sağlam dəri üçün 5 təbii içki

Hazırda oxunan: Sağlam dəri üçün 5 təbii içki

13470

Gözəllik məhsullarından istifadə etmək təmiz, parlaq bir dəri əldə etməyinizə kömək edə bilər, ancaq gözəlliyə daxili yanaşma həqiqi mükəmməl dəri üçün açardır.

Təbii gözəlliyə yalnız kənardan göstərdiyiniz qulluq kifayət etmir, orqanizmin qəbul etdiyi hər şey təsir edir

Təbii gözəlliyi əldə etməyin  ən yaxşı yollarından biri təbii içkilərdir. Evdə asanlıqla hazırlaya biləcəyiniz təbii içkilərlə dərinizi parlaqlaşdıra bilərsiniz.

Sağlam dəri üçün hər kəs ilk öncə daha çox su içməlidir. Susuz qaldığınız zaman yalnız sağlamlığınıza deyil, həm də gözəlliyinizə zərər verə bilərsiniz.

Lakin sadə su içmək istmərisinizsə suyunuza ləzzət verə biləcək meyvə və tərəvəzlər əlavə edə bilərsiniz.

Bizim.Media sağlam bir dəri üçün istifadə edə biləcəyiniz təbii içkiləri təqdim edir:

Limon

C vitamini dəri üçün ən yaxşı vitaminlərdən biridir. Yalnız dəri üçün deyil, C vitamini saçlarınız və ümumi sağlamlığınız üçün son dərəcə vacibdir. Müxtəlif dəri problemlərinin təmizlənməsinə və qarşısını almağa kömək edir.

Bir stəkan içməli su götürün və üzərinə bir limon sıxın. Bir neçə dilim portağal, ananas, kivi və digər C vitamini qida mənbələrini əlavə edin. Bu aromatlı suyu gün ərzində saxlayıb içə bilərsiniz.

Alma Sirkəsi

Alma sirkəsi arıqlamaq, sızanaq problemlərində və bir çox halda istifadə olunur.  

Bir şüşə su götürün və alma sirkəsi əlavə edin (1-2 qaşıq). Bu içkini ləzzətli etmək üçün bir xörək qaşığı bal əlavə edə bilərsiniz və bal dəri üçün başqa bir yaxşı təsirdir. Səhərin erkən saatları bu içki üçün idealdır.

Müəyyən dozalarda alma sirkəsi sağlamlığınıza zərər verə bilər, ona görə də mütəxəssislərin köməyinə müraciət edin.

Xiyar-limon-nanə 

Xiyar və limon qarışığı əla detoks içkisidir və həm bədəniniz, həm də dəriniz üçün mükəmməldir. Nanə güclü antibakterial xüsusiyyətlərə malik olduğundan  bədəninizi və dərinizi qorumaq gücünə sahibdir.

Bir qab suya bir limon sıxın və üzərinə bir neçə dilim xiyar əlavə edin. Yaxşıca qarışdırın. Bir ovuc yuyulmuş nanə götürün və ətri daha da gücləndirmək üçün ovucunuzdakı nanəni çırpın, sonra qarışıma əlavə edib qarışdırın . Dəmləyin və gün ərində için.

Yaşıl detoks

Az miqdarda ispanaq yarpağı, xiyar dilimi, 2-3 sm kök zəncəfil, bir az çiy zerdeçal, keşniş yarpağı və ya kərəviz çubuğu və bir az su əlavə edin, yaxşı dəmlənsin. Sonra suyu stəkana süzün və bir neçə damcı limon suyu əlavə edin. Dərinin parıltısı üçün bir neçə ay səhərlər qəbul edin.

Qarışıq meyvə

Çiyələk, böyürtkən və moruq arasından ən sevdiyinizi seçin və ya hamısını götürüb böyük hissələrə ayırın. Onları suya qoyun və bir az kivi əlavə edin.

Reyhan yarpaqları, limon suyu və bir çimdik darçın əlavə edərək bir az ləzzət əlavə edin. Bu şirin içkini gündəlik vitamin və antioksidan dozanız kimi için. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin