Meteohəssas insanlara XƏBƏRDARLIQ – Kimlər üçün ölüm riski var?

Hazırda oxunan: Meteohəssas insanlara XƏBƏRDARLIQ – Kimlər üçün ölüm riski var?

133659

Bu gün müşahidə olunacaq tibbi-meteoroloji proqnoz metohəssas insanlar üçün əlverişsizdir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat verib.

Məlumatda qeyd edilir ki, mayın 1-də Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan həkim Rasif Bağırov bu gün bəzi insanların səhhətlərinə qarşı çox diqqətli olmalarını vacib hesab edir: 
 

MÖVZU İLƏ BAĞLI:

İlin ən güclü maqnit QASIRĞASI – Bu gün kimlər ehtiyatlı olmalıdır?


“Belə günlərdə müəyyən xroniki xəstəlik keçirmiş cavan adamlarda baş ağrıları müşahidə olunur.

Maqnit qasırğası əsasən 50 yaşdan yuxarı insanların səhhətinə mənfi təsir göstərir. 
Məsələn, qanında müəyyən yağların miqdarı yüksək olan, qanında qatılıq olan, bir sözlə qan təzyiqindən əziyyət çəkən insanlara maqnit qasırğası pis təsir edir. Bu da özünü baş ağrıları, halsızlıq kimi simptomlarla göstərə bilər. Maqnit qasırğası hətta hipertoniyadan ciddi əziyyət çəkən insanların ölümünə belə səbəb ola bilər”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin