Azərbaycanda koronavirus infeksiyasına 270 yeni yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Bizim.Media-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, son sutkada 2 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 234 537 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 768 nəfər müalicə olunaraq sağalıb, 3 220 nəfər vəfat edib. Hazırda 2 549 aktiv xəstə var.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 444, bu günə qədər isə ümumilikdə 2 598 679 test icra olunub.
Bizim.Media
- A-
- A
- A+
COP29
15:11 / 28.02.2021
Azərbaycanda bu günə olan koronavirus statistikası
Hazırda oxunan: Azərbaycanda bu günə olan koronavirus statistikası
Hazırda oxunan: Azərbaycanda bu günə olan koronavirus statistikası
13330
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.