Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "25 Aprel Ümumdünya Malyariya Günü" münasibətilə xəstəliklə bağlı rəqəmləri açıqlayıb.
Bizim.Media xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının “2022-ci il Dünya Malyariya Hesabatı”na əsasən, 2021-ci ildə dünyada 247 milyon malyariya yoluxması aşkar edilib və 619 min insan xəstəlikdən dünyasını dəyişib.
Məlumata görə, dünya əhalisinin demək olar ki, yarısının malyariya riski altında olduğu 2021-ci ildə yoluxmaların 95 faizi (234 milyon) və ölümlərin 96 faizi (593 min) Afrikada qeydə alınıb.
Malyariyadan ən çox təsirlənən qrup olan 5 yaşdan kiçik uşaqlar sözügedən dövrdə Afrikada malyariyadan ölüm hallarının təxminən 80 faizini təşkil edib.
Dünyada malyariyaya yoluxma hallarının təxminən 2 faizi Cənub-Şərqi Asiyada, 0,2 faizi Amerika qitəsində, 2,5 faizi Şərqi Aralıq dənizində və 0,6 faizi Qərbi Sakit okean ölkələrində aşkar edilib.
Bildirilib ki, malyariya insanlara parazit dişi Anofel cinsi ağcaqanadların dişləməsi ilə ötürülür. Simptomları adətən 1 ay ərzində müşahidə olunan xəstəlik qan, inyeksiya və ya iynələrin birgə istifadəsi və ya doğuş zamanı anadan körpəyə də keçə bilər.
Həkimlər bildirir ki, yüngül malyariya halının ağır xəstəliyə çevrilməsinin və ölümlə nəticələnməsinin qarşısını almağın ən təsirli yolu təcili diaqnoz və müalicə üçün malyariya (antimalarial) dərmanların istifadəsidir.
ÜST 2021-ci ilin oktyabrında təsdiqlənmiş "RTS,S/AS01" malyariya peyvəndini də tövsiyə edir.
Aygün İbrahimli, Bizim.Media
- A-
- A
- A+
COP29
16:30 / 24.04.2023
619 min insan bu xəstəlikdən DÜNYASINI DƏYİŞİB
Hazırda oxunan: 619 min insan bu xəstəlikdən DÜNYASINI DƏYİŞİB
Hazırda oxunan: 619 min insan bu xəstəlikdən DÜNYASINI DƏYİŞİB
132467
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.