“Bəzi insanlar bu gün diqqətli olmalıdırlar” – Həkimdən XƏBƏRDARLIQ 

Hazırda oxunan: “Bəzi insanlar bu gün diqqətli olmalıdırlar” – Həkimdən XƏBƏRDARLIQ 

132024

Aprelin 21-də Yer kürəsini güclü maqnit qasırğası bürüyəcək. Maqnit qasırğasına 5 ballıq güc səviyyəsi təyin edilib. Bu da qasırğaların gücünün ölçülməsi miqyasında ən yüksək göstəricidir.

Bu gün müşahidə olunacaq hava meteohəssas insanlar üçün təhlükəlidir. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan həkim Rasif Bağırov bu gün bəzi insanların səhhətlərinə qarşı çox diqqətli olmalarını vacib hesab edir: 

“Belə günlərdə müyyən xroniki xəstəlik keçirmiş cavan adamlarda baş ağrıları müşahidə olunur. Maqnit qasırğası əsasən 50 yaşdan yuxarı insanların səhhətinə mənfi təsir göstərir. 

Məsələn, qanında müəyyən yağların miqdarı yüksək olan, qanında qatılıq olan, bir sözlə qan təzyiqindən əziyyət çəkən insanlara maqnit qasırğası pis təsir edir. Bu da özünü baş ağrıları, halsızlıq kimi simptomlarla göstərə bilər. Maqnit qasırğası hətta hipertoniyadan ciddi əziyyət çəkən insanların ölümünə belə səbəb ola bilər”. 

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin