Koronavirus pandemiyası insanların sağlamlıqlarında bir sıra problemlər yaratdı. Onlardan çoxu bu gün də davam edir. Problemin mənfi tərəflərindən biri də odur ki, pandemiyanın zərərini doğulmazdan əvvəl yaşayanlar da var. Mütəxəssislər bildirir ki, koronavirus keçirən anaların dünyaya gətirdiyi körpələrdə bir sıra problemlər müşahidə olunur.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan həkim-genetik Həmidə Abbasova pandemiyadan sonra körpələrdə özünü göstərən bu cür problemlərdən bəhs edib.
Həkim bildirib ki, hamilə vaxtı omikron və yaxud koronanın digər ştamlarına yoluxan anaların dünyaya gətirdiyi körpələr arasında daha çox yuxarı ətraf anomaliyaları müşahidə olunub:
“Yuxarı ətraf anomaliyaları ilə doğulan körpələrlə bağlı bir müddət müşahidələr apardıq. Analar arasında apardığım sorğudan da məlum oldu ki, onlar hamilə vaxtı “COVID-19”un ağır formasını keçirib, uzun müddət yüksək temperaturu olub. Onlarda bazu və said sümüklərinin anomaliyaları-qısalığı, yaxud da heç olmaması müşahidə olunur”.
Aygün İbrahimli, Bizim.Media
- A-
- A
- A+
COP29
09:30 / 15.04.2023
COVİD-in fəsadlarını ana bətnində YAŞAYANLAR - “Pandemiya körpələri”nin SAĞLAMLIQ PROBLEMLƏRİ
Hazırda oxunan: COVİD-in fəsadlarını ana bətnində YAŞAYANLAR - “Pandemiya körpələri”nin SAĞLAMLIQ PROBLEMLƏRİ
Hazırda oxunan: COVİD-in fəsadlarını ana bətnində YAŞAYANLAR - “Pandemiya körpələri”nin SAĞLAMLIQ PROBLEMLƏRİ
130781
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.