Müasir dövrdə meqapolis sakinlərinin ən çox üzləşdikləri problemlərdən biri də kürək və onurğa ağrısıdır.
Bizim.Media bu problemin ən effektiv və asan yolu haqqında sizə maraqlı yazı təqdim edir.
Özünüzə kürək masajı edib onurğa ağrısını yüngülləşdirə bilmirsiniz? Bunu pəncənizdə olan xüsusi nöqtələrlə edə bilərsiniz.
MÖVZU İLƏ BAĞLI:
Soyuq qışda xəstələnməmək üçün - 7 FƏRQLİ MƏSLƏHƏT
Ayağın altında müəyyən orqanları müalicə edən, onların ağrılarını yüngülləşdirən bir çox refleks nöqtələri var. Siz orada birbaşa onurğanın funksiyasına təsir edən nöqtəni də tapa bilərsiz. ⠀
Bunun üçün əvvəl ayaqda “onurğa nöqtəsini” tapın. Ayaqlarınızı çarpazlaşdırıb yerə oturun. Pəncənizi özünüzə tərəf çəkin. Daban ilə ayağınızın baş barmaq arasında olan xətt onurğa proyeksiyasıdır.
Bu xətti vizual olaraq hissələrə ayırın: oma sümüyü (çanaq səthi), bel,sinə və boyun hissəsi.
Bu xətti dabandan üzü yuxarı möhkəm sürtmək üçün baş barmağınızı istifadə edin. Onurğada problem varsa, bunu dərhal hiss edəcəksiniz. Belə ki, həmin o hissədə ağrı və bərkimiş nöqtələr olacaq.
Bununla siz bu istiqamətdə masaj edərkən onurğada gərginlik yaradan sinir uçlarını rahatlaşdıracaqsınız. Bu masajı mütəmadi olaraq, hər axşam etmək məsləhətdir. Bu zaman onurğanızdakı ağrılar tədricən azalacaq.
Bizim.Media