Dünyada daha bir öldürücü virus gəlir – Bu dəfə Malayziyadan 

Hazırda oxunan: Dünyada daha bir öldürücü virus gəlir – Bu dəfə Malayziyadan 

13002

"The Sun" xəbər verir ki, İnnovasiyaya Epidemik Hazırlıq Koalisiyasının (CEPI) tədqiqatçıları dünyanın yeni bir ölümcül virus ilə üz-üzə qalacağını bildiriblər.

Bizim.Media xəbər verir ki, alimlər meyvə yarasaları ilə yoluxan Nipah virusunun son dərəcə təhlükəli olduğunu aşkar ediblər. Bu infeksiyalı meyvələrlə qidalanan donuzlar tərəfindən də yayıla bilər. Nipah virus infeksiyaları üçün ölüm nisbətinin  40-75 % arasında olduğu bilinir.

 

MÖVZU İLƏ BAĞLI:

İngiltərə Avropanı yoluxdurmağa başladı


Xəstəlik ilk dəfə 1999-cu ildə Malayziyada aşkar edilib. Virus şiddətli beyin ödəminə, qıcolmaya və qusmaya səbəb ola bilir. Ayrıca, infeksiyanın uzun bir inkubasiya müddəti (45 gün) və yüksək mutasiya ehtimalı var.

Mütəxəssislər infeksiyanın Cənub-Şərqi Asiyada sürətlə yayıla biləcəyindən narahat olduqlarını dilə gətiriblər.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Nipah virusunu pandemiyaya səbəb olma potensialı yüksək olduğu üçün araşdırılmalı olan 16 prioritet patogenlərdən biri kimi siyahıya alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin