Azərbaycanda daha 85 nəfər COVID-19-a yoluxub - 4 xəstə öldü

Hazırda oxunan: Azərbaycanda daha 85 nəfər COVID-19-a yoluxub - 4 xəstə öldü

128892

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 85 yeni yoluxma faktı qeydə alınıb, 69 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 829 955 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 819 310 nəfər müalicə olunaraq sağalıb, 10 189 nəfər vəfat edib, aktiv xəstə sayı 456 nəfərdir.

Ölkədə son sutka ərzində 1 353, hazırkı dövrədək isə 7 562 699 test aparılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin