Azərbaycanda 65 yaşdan yuxarı 75 762 nəfərə birinci doz vaksin, 1312 nəfərə isə II doz vaksin vurulub.
Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda 200 mindən artıq insana peyvənd vurulub - RƏSMİ
O bildirib ki, 50-64 yaşlarında olan vətəndaşlardan 90 950 nəfərə I doz vaksin, 14 638 nəfərə II doz vaksin vurulub.
Fevralın 23-nə olan məlumata əsasən, ölkə üzrə 207 mindən artıq vətəndaş I doz, 35 mindən artıq vətəndaş isə II doz peyvəndi qəbul edib.
Bizim.Media