Azərbaycanda son gün ərzində koronavirus infeksiyasına 74 yeni yoluxma qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Bizim.Media-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.
Ölkədə indiyədək ümumilikdə 829 494 nəfər koronavirusa yoluxub. Onlardan 819 115 nəfər müalicə olunaraq sağalıb, 10 175 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 204 nəfərdir. Son gün ərzində 1 721, hazırkı dövrədək isə 7 555 412 test aparılıb.
Bizim.Media