“Ölkəmizdə vərəmlə bağlı ağır durum var” - PULMONOLOQ

Hazırda oxunan: “Ölkəmizdə vərəmlə bağlı ağır durum var” - PULMONOLOQ

126980

Bu gün Ümumdünya Vərəmlə Mübarizə Günüdür. Azərbaycanda da vərəm xəstəliyi geniş yayılan xəstəliklər sırasında yer alır. Son illər ölkəmizdə vərəmlə mübarizə istiqamətində müəyyən addımlar atılıb. Azərbaycanda vərəm xəstəliyinin aşkarlanması, diaqnostikası və müalicəsinin yaxşılaşdırılması məqsədi ilə Nazirlər Kabinetinin qərarı ilə iki dəfə - "2011-2015-ci və 2016-2020-ci illər üçün "Vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı" qəbul olunub.

Vərəmlə bağlı ölkəmkizdə vəziyyətin necə olduğunu müəyyənləşdirmək üçün pulmonoloq Həsən Həsənzadəyə müraciət etdik. 

Mütəxəssis Bizim.Media-ya ölkədə vərəmlə bağlı epidemoloji vəziyyətin gərgin olaraq qaldığını bildirir: 
 

MÖVZU İLƏ BAĞLI:

Vərəm xəstəliyinə yoluxma 10 ilin göstəriciləri ilə müqayisədə 3 DƏFƏ AZALIB


“Ölkəmizdə vərəm xəstəliyi ilə bağlı vəziyyət ciddi, təhlükəli hal alıb. Tədbirlər, müalicələr yetərsizdir. Müalicə edənlərin bu mövzuda biliyi yetərsizdir. Maariflənmə yetərsizdir. Məcburi müalicə qanunları və tətbiqi şərtdir. Xəstəliyi və xəstəliyini bilib gizlədən, müalicə almayan xəstə məsuliyyət daşımalıdır.

Ya həmən, indi tədbirlər başlanmalı, ya da artıq çox gecdir. 2022-ci il üzrə ölkədə cəmi 5 320 vərəm xəstəsi qeydiyyata alınıb.

Onlardan 2 939 nəfəri həyatında ilk dəfə vərəmlə xəstələnən, 2 381 xəstə təkrar olaraq qeydiyyata alınıb. 2017-ci ildə isə bu rəqəm 9743 nəfər olub. Bunlardan ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış xəstələrin sayı isə 3871 nəfər olub. 2007-ci ildə əhalinin hər yüz min nəfərinə düşən xəstə sayı 43.2, 2021-ci ildə isə 25,3, ötən il isə bu rəqəm bir qədər də yüksəlib”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin