Vaksin olunan şəxslər peyvənddən sonra yenidən yoluxa və daşıyıcı olub yoluxdura bilər.
Bunu Bizim.Media-ya açıqlamasında həkim-terapevt Novruz İsmayılov bildirib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda COVID-19 vaksininin kombinə edilmiş tədqiqatlarına başlanıldı
O, qeyd edib ki, orqanizmdə koronavirusa görə immunitetin hansı müddətə davam etdiyi bilinmir:
“Bəziləri bu immunitetin 2-3 ay, bəziləri də 1 il davam etdiyini deyir”.
N.İsmayılov vurğuladı ki, insanlar “mən artıq peyvənd olundum, yoluxmayacağam” deyərək rahatlanmasınlar:
“Peyvənd o demək deyil ki, sən xəstələnməyəcəksən. Digər xəstəliklərdə olduğu kimi; qızılca, poliomielit, su çiçəyində də peyvənd vurulur.
Biz yenə virusu daha rahat, ağrısız və yüngül formada keçiririk. Buna görə hər kəs qorunma tədbirlərinə əməl etməlidir. Hələ COVİD-19-a qarşı vaksinin qoruyuculuq müddətinin nə qədər olacağını bilmirik. Ümid edirik ki, bu müddət heç olmasa, 2 ilədək davam etsin”.
Gül Qədirli, Bizim.Media