Gündəlik burun spreyi TƏHLÜKƏSİ – Uzman həkim Cavid Hüseynzadə YAZIR

Hazırda oxunan: Gündəlik burun spreyi TƏHLÜKƏSİ – Uzman həkim Cavid Hüseynzadə YAZIR

125279

Soyuqdəymə, sinusit, allergiya zamanı burun tıxanıqlığı yaranır. Bu zaman vazokonstriktor (damar daraldıcı) burun spreyindən istifadə etmək daha rahat nəfəs almaga və rahat yuxuya getməyə kömək edir. Spreyin təsiri 6-8 saat davam edir, ancaq uzun müddət istifadə edildiyində təsiri müddəti azalır və nəticədə məcbur olub tez tez istifade edilir və buda asılılıq yaradır. Xəstə elə düşünür ki sanki burun spreyi olmadan nəfəs ala bilmir. 

Burun spreyi və ya damcıdan sui-istifadə üçün hətta tibbi termin də var, “rhinitis medikamentoza, privinizmus”.

Burun boşluğunu örtən selikli qişa çoxlu sayda damarlarla örtüldüyündən qanla aktiv şəkildə təmin olunan bir sahədir. Onlar burunun vacib funksiyalarını yerinə yetirmək, inhalyasiya edilmiş havanın istiləşməsi və nəmləndirilməsi üçün lazımdır. Bəzi səbəblərdən (məs. soyuqdəymə, allergiya) selikli qişanın şişməsi baş verir ki, bu da burun tənəffüsünün çətinləşməsinə və burun tutulmasına səbəb olur.

Əksər hallarda, bu müvəqqəti xarakter daşıyır və vazokonstriktor damcıları və spreylərin istifadəsi ilə qan damarlarının daralmasına və burun tıxanıqlığının ortadan qaldırılmasına səbəb olur. Vazokonstriktorlar həm reseptsiz, həm də reseptlə satılır. Ən çox istifadə edilən formalar; maye, tablet, burun spreyi və ya burun damlalarıdır.
Onlar daha sürətli ürək döyüntüsü, hiperaktivlik, narahatlıq və yuxu probleminə də səbəb ola bilər. Sprey və ya burun damcıları yalnız qısa müddətə istifadə edilməlidir. Hər hansı bir formada vazokonstriktorların müntəzəm istifadəsi bədənin dərmandan asılı olması ilə simptomların pisləşməsinə səbəb ola bilər. Buna tibbdə “rebound effekti” deyilir.

Təəssüf ki, bu məhsulların uzun müddət (5-7 gündən çox) istifadəsinin asılılıq yarada biləcəyi ilə bağlı təlimat və xəbərdarlıqlara az adam diqqət yetirir. "Bu, yalnız damardaraldıcı təsiri olan spreylərə aiddir". 

Tərkibində yalnız dəniz suyu məhlulu olan spreylər, heç bir problem və asılılıq yaratmır. Vazokonstriktorların daimi istifadəsinin nəticələri olduqca ciddidir.

Hər şeydən əvvəl, bu, selikli qişanın təbii funksiyalarının pozulmasına gətirir. Xəstələr burunda daimi quruluq olduğunu bildirirlər. Və selik istehsalında azalma səbəbiylə boğaz qurulugu və ağrısı müşahidə olunur. Selikli qişanın qalınlığında qan damarlarının daralması atrofik dəyişikliklərə və selik əmələ gətirən vəzilərin qalınlaşmasına səbəb olur ki, bu da burun tıxanlığını daha da artırır.

Daim bu vasitələrdən istifadə edən insanlar, bilmədən, burun boşluğunda geri dönməz dəyişikliklərə məsələn burun çəpərində deşiyin yaranmasına səbəb olurlar.

Müalicə Metodları

Bu spreylərin yaratdıgı problemlərin ciddiliyinə baxmayaraq, çətində olsa geri dönüş etmək mümkündür. Həm konservativ, həm də cərrahi müalicə yolu ilə. Optimal taktika xəstənin prioritetlərini nəzərə alaraq həkimlə məsləhətləşərək müəyyən edilir.

Əgər, asılılıq bir neçə ay və ya il ərzində mövcuddursa, spreydən tədricən azad olmaq daha məsləhətlidir. Aşağıdakı məsləhətlər buna kömək edə bilər:

• Əvvəlcə daha az dozada olan uşaqlar üçün nəzərdə tutlan burun spreyinə keçin.

• Gündəlik istifadənin sayını təyin edin və onları tədricən azaldın. Ancaq bu üsul çox intizam tələb edir.

• Burun spreyinin yarısını boşaltın və dəniz suyu olan burun spreyi ilə doldurun. Şüşə yarısı boş olduqda, onu dəniz suyu və ya şoran məhlulu ilə doldurun. Bu yolla vazokonstriktor burun spreyinin dozası tədricən azaldılır və burun selikli qişası bərpa olunur.

Tədqiqatlara görə, kortison tırkibli dərmanların müalicə kursları (mometazon) burun mukozasında iltihablı dəyişiklikləri effektiv şəkildə aradan qaldırır və xəstələrin təxminən 80% -da damcılardan asılılıq bir neçə müalicə kursu ərzində yox edir. Belə taktika müsbət dinamikaya gətirib çıxarmasa, lazerlə və ya cərrahi müalicənin mümkünlüyü nəzərə alınmalıdır.
Müasir dövrdə daha çox mini invaziv lazer radiotezlik yöntəminə üstünlük verirlər. Əməliyyatı uşaqlarda ümumi narkoz altında, böyüklərdə isə lokal anesteziya altında aparırlar. Xüsusi cihazın köməyi ilə burun boşluqlarının kənarlarında yerləşən aşağı konkaların (balıq qulaqlarının) selikli qişasının altına radiotezlik verilir və toxuma istilik zədələnməsi nəticəsində büzülür və sərtləşir.

Prosedurdan sonra bir neçə həftə ərzində əmələ gələn sərt toxuma burun ətin kiçilməsinə səbəb olur. 

Bu əməliyyat təxminən 5-10 dəqiqə çəkir. Burun ətində kəsik edilmədiyi üçün əməliyyatdan sonra qanaxma baş vermir. Xəstələr qısa müddətdən sonra normal gündəlik həyatlarına davam edə bilərlər.

Belə problemlərin yaşanmaması üçün bu dərmanlardan istifadə etmədən öncə qulaq, burun, boğaz həkiminizlə mütləg məsləhətləşin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin