Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 45 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 828 870 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 516 nəfər müalicə olunaraq sağalıb, 10 142 nəfər vəfat edib, aktiv xəstə sayı 212 nəfərdir.
Ölkədə son sutka ərzində 808, hazırkı dövrədək isə 7 538 679 test aparılıb.
Bizim.Media