Dopinq effekti yaradan VİTAMİNLƏR – Onlar niyə içilməlidir? – Ekspert RƏYİ 

Hazırda oxunan: Dopinq effekti yaradan VİTAMİNLƏR – Onlar niyə içilməlidir? – Ekspert RƏYİ 

124048

Yaz başladısa, orqanizmi dəstəkləmək lazımdır. Hər birimiz zəifliyimiz istiqamətində ehtiyyat tədbirləri görməliyik. Əsas da ürək və təzyiq xəstələri çox ehtiyyatlı olmalıdırlar. Mart ayından başlayaraq vitamin deposu da tükənir. Digər tərəfdən tükənmiş bədəndə hormonların oyanması dövrünə giririk. Bu zaman isə orqanizm normal, bol vitaminli qidalar tələb edir. 

Buna görə də yaz aylarında orqanizmi dəstəkləmək vacibdir.

Tanınmış həkim Dr.diyetoloq Leyla Zülfüqarlı Bizim.Media-ya yaz ayalarında orqanizmi dəstəkləmək üçün vacib olanlardan danışıb: 
 

MÖVZU İLƏ BAĞLI:

Dopinqlə bağlı model qanun qəbul edildi


“Hormonların ifrazının artmasına dəstək olan vitamin və mikroelemntlər var ki, yaz aylarında onların orqanizmə daxil olması vacibdir. Bir çox hormonların adını çəkmək istərdim. Yaz gəlir və günəş işığı artıq dövrüyyəyə girir ki, bu da orqanizmdə seratoninin aktivləşməsinə səbəb olur. Vitamin D və melotonin azalmağa başlayacaq. Buna görə də oqranizmdə dopomin hormonunu aktivləşdirmək üçün dopinq effekti verən vitaminlərə ehtiyacımız var. Vitamin D-ni günəşdən almaq mümkün olsa da, əlavə olaraq maqneziumun gündəlik yüksək dozada alınması vacibdir.

B qrup vitaminlər və A vitaminin qəbulu vacibdir. Çünki bunlar bizim hormonların ifrazına dəstək olur. Sink vitamini də qəbul etmək olar. Amma o, sorulması üçün mis elementi ilə birlikdə içilməlidir. Yəni, dərmanların qəbulu zamanı  belə xırdalıqlara fikir verilməlidir. D qəbul olunan zaman maqnezium da qəbul olunmalıdır. Dəmir preparatı günün birinci yarısında içilərsə, daha sonra çay, qəhvə içilməməlidir”. 

Həkim onu da bildirib ki, dərmanlarla yanaşı, bu vitaminləri qida ilə də bədənə toplamalıyıq: 
 

“Yaz aylarında klassik göyərti reseptlərindən əlavə göyərtilər (əvəlik, cincilim və s.) ortaya çıxır ki, gündəlik bir porsiya bunlarla qidalanmaq vacibdir. Omlet kimi, daha çox çiy şəkildə yeyilməsi faydalıdır. Süd məhsullarından qatıq, kefir, ət məhsullarından balığa daha çox üstünlük verilməlidir. Karbohidrat qrupundan isə hələ ki, qışdan qalan meyvələrdən istifadə edə bilərik.


Burada alma, armud mandarin qrupu və gündəlik hər kəs üçün bir porsiya çərəz (bir ovuc) yeyilməlidir. Qara çaya deyil, bitki çaylarına üstünlük verilməlidir. Qara çay gün ərzində səhərlər bir stəkan içmək kifayət edər. Qalan vaxtlar ot dəmləmələri, bitki çayları və adi su içsək balansı təmin etmiş olarıq”.  

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin