Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 20 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 828 648 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 351 nəfər müalicə olunaraq sağalıb, 10 126 nəfər vəfat edib, aktiv xəstə sayı 171 nəfərdir.
Ölkədə son sutka ərzində 827, hazırkı dövrədək isə 7 530 018 test aparılıb.
Bizim.Media