Koronavirusun 3-cü dalğası gəlirmi?

Hazırda oxunan: Koronavirusun 3-cü dalğası gəlirmi?

12173

Ötən ay Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqindəyoluxma sayının azalması ilə bağlı ümumtəhsil müəssisələrinin ənənəvi qaydada fəaliyyəti, şəhər və rayonlararası nəqliyyatın bərpa edilməsi, bərbər və gözəllik salonlarının fəaliyyətə başlaması kimi yumşalmalar olub.

Bütün bunlardan sonra Azərbaycanda koronavirusun 3-cü dalğası olacaqmı? Yenidən karantin rejimi sərtləşdiriləcəkmi?

İndi ictimaiyyəti bu sualların cavabı maraqlandırır.

Məsələyə aydınlıq gətirmək üçün tibb professoru Adil Qeybullaya müraciət etdik.
 

MÖVZU İLƏ BAĞLI:

Dünyada yoluxma sayı azaldı - ÜST-dən nikbin açıqlama


O, Bizim.Media-ya açıqlamasındaölkəmizdə hələki üçüncü dalğanın müşahidə edilmədiyini dedi:

"Bu gün sanki koronavirusun böyük dalğasından keçmişik. İkinci dalğanın belə sərt olması insanların laqeydliklərindən irəli gəlib.

Ümumiyyətlə, dalğalar yoluxmanın artıb-azalmasından asılıdır. Payızda mövsümü xəstəliklərdə, qrip və digər respirator viruslarda artım müşahidə olunduğu kimi koronavirusda da artım müşahidə oluna bilər.

Əgər yoluxma sayında artım baş verərsə, yenidən karantin rejimi sərtləşəcək, amma bunun proqnozunu öncədən vermək çətindir.

Ümid edirəm ki, yoluxma artmaz və yenidən sərt karantinə ehtiyac qalmaz. Bu gün üçün əsas diqqət edilməli məqam sosial məsafə və gigiyenik qaydalara düzgün əməl edilməsidir”.

Gül Qədirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin