Azərbaycanda koronavirus infeksiyasına 792 yeni yoluxma faktı qeydə alınıb. 220 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 49 013 nəfər koronavirusa yoluxub. Onlardan 41 051-i müalicə olunaraq sağalıb, 664 nəfər vəfat edib, aktiv xəstə sayı 7 298-dir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 353, ötən müddət ərzində isə ümumilikdə 1 281 497 test aparılıb.
Bizim.Media